Bu gün dünyanın sonudur?

MARAQLI
12:34 22.09.2012
2245
Bu gün dünyanın sonu ola bilər. 2012-ci ilin son ola biləcəyi haqqında xəbərdarlıqları NASA hələ 2009-cu ildə etməyə başlayıb. O vaxt hələ Günəşin fəallığını öyrənən qurumun mütəxəssisləri özlərinin qorxuducu hesabatını dərc etmişdi: "Kosmik havanın təhlükəsi: sosial və iqtisadi nəticələr". Hesabatda onlar qlobal təhlükəni Günəşdən gözlədiklərini deyiblər. Onların sözlərinə görə, görünməmiş səviyyədə olan partlayış nüvə müharibəsi və ya asteroidlə toqquşma ilə müqayisə edilə bilər. Bu isə proqnozlara görə, 2012-ci il sentyabrın 22-də- yəni sabah baş verməlidir. Günəşdəki partlayışlarla bağlı Yer kürəsinin elektromaqnit sahəsindəki dəyişiklik güclü elektrik axını yaradacaq. Ekspertlərin hesablamalarına görə, bundan 90 saniyə sonra ABŞ-da 300 əsas transformator yanacaq. Nəticədə 130 milyon insan elektrik enerjisiz qalacaq. Qatarlar, liftlər, sənaye dayanacaq, peyklər, təyyarələr yerə düşəcək, su və istilik təhcizadı dayanacaq. Soyuducular əriyəcək, radio susacaq, televizorlar göstərməyəcək, rabitə itəcək.... Bu da son. İşıq yoxdur və olmayacaq. Bu təhlükəli ssenaridən qorxan amerikalılar hətta 2010-cu ildə kosmosa unikal aparat - Solar Dynamics Observatory (SDO) buraxıblar. O, beş il ərzində günəşi izləyəcək, onun şəkillərini çəkəcək və dəqiqədə 60 foto ötürəcək. Fotoların keyfiyyəti isə ən yüksək televiziya dəqiqiliyindən belə 10 dəfə çox, 16 milyon pikseldir. Düzdür hələlik SDO qorxulu heçnə çəkməyib, buna görə də yerdəki sakinləri təhlükə barədə xəbərdar etməyiblər. Qarşıda isə bir gün var. Rusiyanın İrkutsk Dövlət Universitetinin astronomik rəsədxanasının direktoru, fizika-riyaziyyat elmələri doktoru Sergey Yazev isə NASA-nın pronozunu qeyri peşəkar adlandırıb. "Dünyada heç kim Günəşdəki partlayışları heç bir ay əvvəldən deyə bilməz, hələ qaldı 3 il öncədən". Onun sözlərinə görə, indi Günəşdə fəallıq çox yüksək səviyyədə deyil. "Etiraf edim ki, bir mütəxəssis kimi indi mənə ora baxmaq belə maraqlı deyil. Günəşdə indi də ləkələr var, ancaq onlar elə də böyük deyil.
OXŞAR XƏBƏRLƏR