Bu gün Elmar Məmmədyarov və Edvard Nalbandyan görüşəcək
DÜNYA
09:47 18.06.2012
1969
Bu gün Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Edvard Nalbandyan arasında görüş olacaq. Bu barədə jurnalistlərə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri məlumat verib. Nazirin sözlərinə görə, cəbhə xəttində insanların ölməsi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mənfi təsir edir.“Münaqişə həll edilməyənədək belə insidentlər, təəssüf ki, davam edəcək, buna görə də biz Ermənistanı böyük sülh sazişi üzərində işləməyə başlamağa çağırırıq” - deyə Məmmədyarov qeyd edib.