Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq.
AZXEBER.COM-un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma zamanı bütün komandalar öz rəqibləri ilə tanış olacaqlar.
Püşkatma zamanı turnirdə mübarizə aparacaq 32 komanda 4 səbətə bölünəcək. Qeyd edək ki, bütün komandalar səbətlərdə reytinq xalına uyğun olaraq yerləşdirilib. Püşkün yekununa görə isəbütün iştirakçı komandalar 8 qrupa bölünəcəklər.
Qeyd edək ki, püşk Bakı vaxıt ilə saat 20:45-də başlayacaq.
Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları
I səbət: "Çelsi" (İngiltərə), "Barselona" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Bavariya" (Almaniya), "Real" (Madrid, İspaniya), "Arsenal" (İngiltərə), "Porto" (Portuqaliya), "Milan" (İtaliya),
II səbət: "Valensiya" (İspaniya), "Benfika" (Portuqaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Zenit" (Rusiya), "Şalke" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Braqa" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna)
III səbət: "Olimpiakos" (Yunanıstan), "Ayaks" (Hollandiya), "Anderlext" (Belçika), "Yuventus" (İtaliya), "Spartak" (Moskva, Rusiya), PSJ (Fransa), "Lill" (Fransa), "Qalatasaray" (Türkiyə),
IV səbət: "Seltik" (Şotlandiya), "Borussiya" (Dortmund, Almaniya), BATE (Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "ÇFR Kluj" (Rumıniya), "Malaqa" (İspaniya), "Montpellier" (Fransa), "Nordsyelland" (Danimarka).