Bu gün 'Eurovision-2013' yarışmasına Azərbaycan təmsilçisi də qoşulacaq

MƏDƏNİYYƏT
14:23 16.05.2013
2185

Mayın 16-da Bakı vaxtı ilə saat 00:00-da İsveçin Malmö şəhərindəki “Malmö Arena” konsert zalında beynəlxalq “Eurovision-2013” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayacaq.

İkinci yarımfinalı birbaşa canlı yayımla İTV kanalından izləmək mümkündür.“Eurovision-2013” mahnı müsabiqəsinin ikinci yarımfinalında 17 ölkə iştirak edəcək – Latviya, San-Marino, Makedoniya, Azərbaycan, Finlandiya, Malta, Bolqarıstan, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norveç, Albaniya, Gürcüstan, İsveçrə, Rumıniya.Azərbaycanı “Eurovision-2013” mahnı müsabiqəsində “Hold me” mahnısı ilə gənc və istedadlı ifaçı Fərid Məmmədov təmsil edir. F.Məmmədovun 4-cü çıxış edəcəyi gözlənilir. “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan ifaçısının səhnə quruluşu işlərinin müəllifliyi “Eurovision” müsabiqəsinin əfsanəsi Fokas Evanqilinosa məxsusdur. Məhz bu şəxs Ani Lorak, Dima Bilan, Sakis Ruvas, Yelena Paparizu kimi ifaçıların məşhur müsabiqə nömrələrinə quruluş verib.Münsiflər heyətinin və televiziya tamaşaçılarının səsverməsi nəticəsində “Eurovision-2013” mahnı müsabiqəsinin finalına 10 iştirakçı vəsiqə qazanacaq.Xatırladaq ki, müsabiqənin birinci yarımfinalında iştirak edən ifaçılardan da yalnız 10-u finala keçə bilib- Moldova, Litva, İrlandiya, Estoniya, Belarus, Danimarka, Rusiya, Belçika, Ukrayna, Niderland.Qeyd edək ki, müsabiqənin finalı mayın 18-də keçiriləcək. Final mərhələsində müsabiqənin birinci və ikinci yarımfinallarının konkursantlarından əlavə, bu yarışmanı təsis edən ölkələr də iştirak edəcəklər – İtaliya, Böyük Britaniya, İspaniya, Fransa, Almaniya, və “Eurovision-2013” mahnı müsabiqəsinin ev sahibi olan İsveç.

OXŞAR XƏBƏRLƏR