Bu gün Firdovsi Umudovun doğum günüdür

Bu gün Firdovsi Umudovun doğum günüdür
İDMAN
18:57 05.01.2021
921
Bu gün Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik-leytenant, Azərbaycan Güləş Federasiyasının vitse -prezidenti, idman ustası, əməkdar məşqçi Firdovsi Umudovun Ad Günüdür.
 
AZXEBER.COM xəbər verir ki, o, idmançı karyerası ərzində dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionatının (1995) bürünc, tələbələr arasında dünya çempionatlarının (1996, 1998 ) gümüş, Dünya kubokunun qalibi (2004) olub.

 Firdovsi Umudov 2005 -2008 -ci illərdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının məşqçisi və böyük məşqçisi,.2008 -2018 -cı illərdə isə böyüklərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi və baş məşqçisi olub.
 
Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015 -ci illərdə Azərbaycanın, 2012 -ci ildə Dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb. Umudov həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət "ordeni (2012 ), "Tərəqqi "medalı (2016), "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu " (2015),  "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə"(2017) medalı ilə təltif edilib.
 
Təbrik edirik!
 

OXŞAR XƏBƏRLƏR