Bu gün II və III qruplar üzrə qəbul imtahanı keçirilir

SOSİAL
11:15 15.05.2016
1743
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
İmtahanda 14495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6859 abituriyent II qrup üzrə, 7636 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 13598 nəfəri (II qrup üzrə 6394, III qrup üzrə 7204 nəfər) Azərbaycan bölməsinin, 897 nəfəri (II qrup üzrə 465 nəfər, III qrup üzrə 432 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 6097 nəfəri (II qrup üzrə 4129 nəfər, III qrup üzrə 1968 nəfər) oğlanlar, 8398 nəfəri (II qrup üzrə 2730 nəfər, III qrup üzrə 5668 nəfər) isə qızlardır. 12004 nəfər orta ümumtəhsil məktəblərinin, 246 nəfər ali təhsil müəssisələrinin, 2245 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 42 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2000-ci ildəndir.
Bakı şəhərində 6392, Naxçıvanda 743, Gəncədə 1729, Sumqayıtda 730, Mingəçevirdə 646, Şəkidə 691, Ağcabədidə 711, Göyçayda 581, Şirvanda 515, Lənkəranda 1021, Xaçmazda isə 736 abituriyentin imtahan verəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq