Bu gün III MDB oyunlarının bağlanış mərasimi keçiriləcək

Bu gün III MDB oyunlarının bağlanış mərasimi keçiriləcək
İDMAN
08:42 08.10.2025
219
Azərbaycanda təşkil olunan III MDB Oyunlarına bu gün yekun vurulacaq.

AZXEBER.COM xəbər verir ki, yarışda sonuncu medalçılar müəyyənləşəcək.

Şəkidə bədii gimnastlar mübarizə aparacaq.

Saat 19:00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
OXŞAR XƏBƏRLƏR