Bu gün ölən Jirinovski nəyə görə sevilmirdi? - VİDEO

Bu gün ölən Jirinovski nəyə görə sevilmirdi? - VİDEO
VİDEO
17:02 06.04.2022
3734
Xəbər verdiyimiz kimi, Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölüb.
 
Həkimlər 75 yaşlı siyasətçini komatoz vəziyyətdən xilas edə bilməyib. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. Bundan öncə bir neçə dəfə Jirinovskinin ölüm xəbəri yayılmışdı, lakin bu dəfə bu xəbərin doğru olduğu bildirilib.
 
Qeyd edək ki, Jirinovski hər zaman Azərbaycanın dövlətçiliyi barədə qərəzli və təhqiramiz fikirlər səsləndirib. Jirinovski Qarabağ müharibəsi zamanı da dəfələrlə təkliflər irəli sürmüşdü. O, hər zaman Qarabağ münaqişəsinin həllinin yeganə yolunun bütün respublikaların yenidən vahid dövlətin tərkibinə qayıtması olduğunu bildirib.
 
Etdiyi bütün çıxışlarda Qarabağ münaqişəsinin həll yolu kimi Azərbaycan və Ermənistanın Rusiyaya birləşməsini təklif edib.
 
Onu da bildirək ki, Rusiyanın siyasi mühitində Jirinovski kimi siyasətçilərin mövcudluğu, həm də bu ölkənin siyasi münasibətlər sisteminə ciddi zərbə vurur.

Ümid edirik ki, Rusiyada yeni Jirinovskilər yetişməyəcək. 
 
Ayşən Mirzəyeva


OXŞAR XƏBƏRLƏR