'Bu gün ölkəmizdə bütün dinlərdən, dillərdən olan insanlara böyük hörmət və ehtiram göstərilir' - Elnur Aslanov

SİYASƏT
11:55 03.06.2013
2090

"Bugünkü tədbir həqiqətən də Azərbaycan üçün çox mühüm əhəmiyyətə malik olan bir tədbirdir"

AZXEBER.COM xəbər verir ki, bunu iyunun 3-də Prezident Administrasiyasının (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Bakı gələcək forumu”nda çıxışı zamanı dilə gətirib.PA rəsmisi qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövr ərzində, xüsusilə son 20 il ərzində müstəqil, müasir dövlətə çevrilə bilib.E.Aslanovun sözlərinə görə, ötən illər ərzində Azərbaycan qlobal, iqtisadi, siyasi və humanitar forumların, toplantıların keçirildiyi mühüm bir məkana çevrilib.O bildirib ki, Azərbaycan bu gün sivilizasiyaların, o cümlədən Qərblə Şərqin, Şimalla Cənubun qovşağında yerləşən bir ölkə kimi dünyanın və regionun aparıcı dövlətlərindən, mərkəzlərindən biridir:“Bu gün ölkəmizdə bütün dinlərdən, dillərdən olan insanlara böyük hörmət və ehtiram göstərilir. Azərbaycanda sinaqoqlar, kilsələr, digər dini məbədlər fəaliyyət göstərir. Dövlət səviyyəsində sinaqoqlar, kilsələr, dini məbədlər təmir edilir”.PA rəsmisinin dediyinə görə, müstəqillik əldə etdikdən sonra Azərbaycan Xəzər dənizindəki karbohidrogen ehtiyatlarına malik bir ölkə kimi dünyanın və xüsusilə Avropanın enerji təhlükəsizliyində mühüm bir tərəfdaş qismində çıxış edir.E.Aslanov deyib ki, 1994-cü ilin sentyabrında ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi və dəstəyi ilə imzalanan “Əsrin müqaviləsi” və digər neft kontraktları regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir.Bununla yanaşı PA rəsmisi Azərbaycanın və regionun inkişafına başlıca maneə olaraq Ermənistanın Azərbaycanın torpaqlarını işğalını və təcavüzünü göstərib:“Çox təəssüflər olsun ki, 20 ildən artıq müddətdir Azərbaycan Ermənistanı işğalına və təcavüzünə uğrayıb. Ötən müddət ərzində Ermənistanı qeyri-konstruktiv mövqeyi üzündən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır.Münaqişənin həlli ilə bağlı bir sıra beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına baxmayaraq Ermənistan münaqişənin həllində yenə də qeyri-konstruktivlik göstərməkdə və status-kvonun qorunub saxlanmasında maraqlı görünür.Ancaq Azərbaycan dövlətinin məqsədi münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması və burada uzunmüddətli sülhüm bərqərar edilməsidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu