Bu gün Milli Məclis toplanır

Bu gün Milli Məclis toplanır
SİYASƏT
09:54 01.12.2017
1136
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki,, ilk öncə iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunacaq. Müzakirələrdən sonra 2018-ci ilin dövlət büdcəsinin təsdiq edilməsi gözlənilir.
 
Daha sonra iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Milli Məclisin 2018-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası, o cümlədən bir sıra qanunlara və məcəllələrə əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.
 
Ümumilikdə Milli Məclisin bu gün keçirilən iclasında 31 məsələ müzakirə ediləcək.
OXŞAR XƏBƏRLƏR