Bu gün nadir təbiət hadisəsi baş verəcək

MARAQLI
17:43 31.07.2015
1458

Bu gün dünyamızda çox nadir rast gəlinən təbiət hadisələrindən biri olan "Mavi Ay" müşahidə ediləcək. "Mavi Ay" sonuncu dəfə 2012-ci ilin avqustunda müşahidə edilib və bir əsr ərzində yalnız 5 dəfə meydana gəlir. Astronomların hesablamalarına görə, növbəti belə təbiət hadisəsinin2018 və 2020-ci illərdə meydana gəlməsi gözlənilir.

Əslində,“Mavi Ay” dünyada meydana gələn vulkan püskürməsi və meşə yanğınlarının səbəb olduğu toz buludlarının hərəkəti nəticəsində mavi və onun çalarlarında göründüyündən, astronomlar nadir təbiət hadisəsini belə adlandırıblar. Ancaq Yerin peykinin rəngi dəyişmir, sadəcə, Ay toz buludları səbəbindən mavi rəngdə görünür. “Mavi Ay” bir termin kimi 1946-ci ildə “Sky&Telescope” jurnalı tərəfindən istifadə olunsa da, lakin ilk dəfə 1883-cü ildə aydın şəkildə müşahidə edilib və elmi kitablarda qeyd olunub. Ancaq maviyə çalan Ay isə 1991-ci ildə müşahidə olunub.///report.az

OXŞAR XƏBƏRLƏR