Bu gün NATO-nun sammiti başlayır, Alyansın yeni konsepsiyası qəbul olunacaq

Bu gün NATO-nun sammiti başlayır, Alyansın yeni konsepsiyası qəbul olunacaq
DÜNYA
09:35 28.06.2022
230
Bu gün İspaniyanın paytaxtı Madriddə NATO-nun növbəti sammiti başlayır.

AZXEBER.COM xəbər verir ki, iclasda Alyans ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edəcək. Ukraynanın dövlət başçısı Volodimir Zelenski sammitə videoformatda qatılacaq.

Sammitdə qurumun yeni strateji konsepsiyası qəbul olunacaq. Həmçinin Ukraynaya dəstək, NATO-nun xərclərinin artırılması məsələləri müzakirə ediləcək.

İclas iki gün davam edəcək.
OXŞAR XƏBƏRLƏR