Bu gün Nobel sülh mükafatının laureatı məlum olacaq
Bütün Xəbərlər
07:48 12.10.2012
781
Bu gün Osloda Norveç Sdh İnstituktunun binasında 2012-ci ilin Nobel sülh mükafatının laureatının adı açıqlanacaq.AZXEBER.COM-un məlumatına görə, Alfred Nobelin vəsiyyəti ilə verilən mükafat İsveçin yox, Noveçin paytaxtında təqdim edilir. Adətən, bu m ükafatın verilməsi daha böyük ictimai maraşağa səbəb olur. Çünki laureatlar təkcə alim və ədəbiyyatşünasların dar dairəsini əhatə etmir. Mükafata iddia edən şəxslərin iştirak etdiyi siyasi hadisələr və sosial proseslər heç də həmişə birmənalı qiymətləndirilmir. Odur ki, Norçes Nobel Komitəsinin bu günkü seçimi də gərgin mübahisələrə səbəb ola bilər.Sülh mükafatına namizədlərin siyahısı heç vaxt əvvəlcədən açıqlanmır. Qaydalara görə, o, 50 ildən tez dərc edilə bilməz. Hələlik yalnız o məlumdur ki, nüfuzlu mükafata 231 (o cümlədən, 43 təşkilat) iddia edir. Bu, ötən ilkindən 10 namizəd azdır. Yeri gəlmişkən, 2011-ci ildə namizədlərin sayı rekord həddə olub.Qalmaqallı “Vikiliks” təşkilatının yaradıcısı Culian Assancın bu il də mükafata namizəd olduğu ehtimal edilir. Onunla əməkdaşlıq edən ABŞ ordusunun sıravisi, məxfi məlumatları açıqladığına görə ölkəsində ölüm cəzası gözləyən Bredli Menninq də İslandiyaları deputatların təşəbbüsü ilə mükafata namizəd irəli sürülüb.Ekspertlər əsas favoritlərdən biri kimi amerikalı Cin Şarpın adını çəkirlər. Zorakı mübarizənin nəzəriyyəsi və praktikasıa həsr olunmuş bir sıra kitabların müəllimi olan politoloq “ərəb inqilabları”nın ideya müəllifi sayılır. Lslodakı Sülh Araşdırmaları İnstitutunun direktoru Kristian Berq Harvikenin hazırladığı bu il mükafata ən real namizədlərin siyahısına məhz Cin Şarp başçılıq edir. Onun siyahısında Rusiyanın “Memorial” hüquq müdafiəsi mərkəzi və onun yaradıcılarından biri Svetlana Qannuşkina ikinci yerdədir. Üçüncü yer də rusiyalı namizədlərdədir - “Exo Moskvı” radiostansiyası və onun baş redaktoru Aleksey Venediktov. Berq Harpvikennin fikrincə, mükafat Nigeriya müsəlmanlarının lideri Məhəmməd Səad Abubakar və bu ölkə paytaxtının arxiyepiseopu Con Naiekan arasında bölünə bilər. İnstitut direktorunun siyahısında ilk beşlikdə Myanma prezidenti Teyn Seyn də var.Ukraynadakı “Yuliya Timoşenko Bloku”nun üzvləri bildiriblər ki, onlar keçmiş baş nazir Yuliya Timoşenkonun da namizədliyini irəli sürüblər. MDB-dən olan nominantlar arasında Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva və Qazaxıstan prezidenti Nursultan Nazarbayev də var.