Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər
SİYASƏT
12:01 16.01.2019
3117
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək.

AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, nazirlər Fransa paytaxtı Parisdə bir araya gələcəklər.

Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xatırladaq ki, yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
OXŞAR XƏBƏRLƏR