Bu gün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə rəsmi Bakını təmsil edən şəxslər görüşəcəklər.
AZXEBER.COM xəbər verir ki, görüş Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Yevlax şəhərində saat 13:00-da başlayacaq.