"Bu gün qazandığım hər şeyi ona borcluyam" - VİDEO

"Bu gün qazandığım hər şeyi ona borcluyam" - VİDEO
MAQAZİN
11:46 06.03.2026
272
"Mən bu gün qazandığım bütün uğurları, yediyim çörəyi Xalq artisti Arif Babayevə borcluyam".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib.
 
"İncə səhər" verilişində qonaq olan müğənni konsertə hazırlaşarkən ustadını da unutmayıb. O, Arif Babayevdən 8 il dərs aldığını deyərək, bu gün bütün uğurlarını ona borclu olduğunu deyib.
 
Xalq artsiti Arif Babayevin xanımı Gültəkin Babayeva canlı yayıma zəng edərək Gülaya dəstəyini nümayiş etdirib:
 
"Gülay onun ən etibarlı, ən sevdiyi tələbəsidir. Mən də, övladlarım da onu çox sevirik. Onun bütün uğurlarında biz onun arxasındayıq. Gülayın qazandığı hər bir uğur Arifin ruhunu şad edir. Mən bunun üçün Gülaya təşəkkür edirəm. Konsertini kaş Arif özü ön sıradan izləyərdi. Təəssüf ki, olmadı. Biz Gülayın yanında olacağıq və hər zaman ona dəstəyik".
 
Aysel

 

OXŞAR XƏBƏRLƏR