Bu gün Qəmbər Hüseynlinin doğum günüdür

İQTİSADİYYAT
10:34 16.04.2013
2538
Bu gün məşhur “Cücələrim” mahnısının bəstəkarı əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin dünyaya gəlməsinin 97-ci ildönümüdür. Bəstəkar 1916-cı ilin bu günü Gəncədə ziyalı ailəsində dünyaya gəlib. Qəmbər həmyaşıdlarından qeyri adi yaddaşı ilə seçilirdi. Musiqiyə böyük həvəsi var idi. El şənliklərində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbülün ifalarını dinlədikcə müsiqiyə daha da bağlanır. Gəncədə musiqi məktəbinin tar şöbəsini bitirən Qəmbər Hüseynli Bakıya gələrək Asəf Zeynallı adına musiqi texnikumuna daxil olur.Qəmbər Hüseynlinin tarda “Segah”, “Şur” və “Zabul” və digər muğamları yüksək peşəkarlıqla ifa bacarığı başqalarından fərqlənirdi. Qəmbər Hüseynlinin “Muğana ceyran”, “Tellər oynadı”, “İlk məhəbbət”, “Ay işığında”, “Gecələr uzanaydı” mahnılarında insanı heyrətləndirən elementlər zəngindir. Ona görə də, bu melodiyaları dinləmək adamı bezdirmir. Əksinə bu mahnılar adamı sevib-sevilməyə, işıqlı sabahlara səsləyir və xoş əhval-ruhiyə yaradır. Bunun üçün təkcə “Cücələrim” mahnısını misal çəkmək kifayətdir. Cücələrim demək olar ki, dünyanın hər yerində səslənib və 100-dən artıq dildə ifa edilib.

OXŞAR XƏBƏRLƏR