Bu gün Şahmalının nişanıdır - FOTO

Bu gün Şahmalının nişanıdır - FOTO
MAQAZİN
12:39 25.11.2025
173
Bu gün müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlunun nişanıdır. 
 
AZXEBER.COM xəbər verir ki, o Aytac adlı xanım ilə evlilik yolunda ilk addımı atacaq.
 
"Günə Uğurla" verilişinə danışan Tacir Şahmalıoğlu sevincli olduğunu deyib:
 
"Oğlum arzularımı həyata keçirir. Bu mərasim mənim istəyim ilə həyata keçir. Mənim artıq nəvə oynadan yaşımdır. İstəyirəm Şahmalının oğlu, qızı olsun. Çünki övlad evlənirsə, nəsil yaşayır deməkdir. O atamın adını daşıyır, istəyirəm ailəsi, balaları olsun. İnanıram ki, ailə həyatı onu dəyişəcək".
 
Müğənni bildirib ki, cütlüyün toyu may ayının 15-də olacaq.

Aysel

 

 


 


OXŞAR XƏBƏRLƏR