Xəbər verdiyimiz kimi, sentyabrın 19-20-də Qarabağda keçirilən antiteror tədbirləri zamanı yaralanan DİN-in Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov bu gün şəhid olub.
AZXEBER.COM xəbər verir ki, 44 günlük Vətən müharibəsinin də iştirakçısı olan Ə.Muradov müharibə vaxtı azad edilən yaşayış məntəqələrindən birində piano ifa etməsi ilə məşhurlaşmışdı.
Jurnalist Cavid İsmayıl şəhidimiz haqda yazıb: Əzizbəy şəhid oldu. Biz onu Vətən müharibəsindən sonra Şuşada pianoda "İncəbellim"i ifa edən döyüşçü kimi tanımışdıq. Yalnız barmaqlarını gördüyümüz, üzünü görmədiyimiz, soyadını bilmədiyimiz bu igidin özünə də, ürəyinə də vurulmuşduq.
Əzizbəy musiqi kollecindəki təhsilini yarımçıq qoyub, müharibəyə könüllü yollanıb. Bu gün isə oxuduq ki, anti-terror əməliyyatında başından ağır yaralanan Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhid olub.
Allah rəhmət eləsin".
Qeyd edək ki, şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
Ə.Muradov 44 günlük Vətən müharibəsindən sonra "Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdi.
Həmin videonu təqdim edirik:










































