Bu gün şəhid olan hərbi qulluqçumuz şəhid oğlu imiş - FOTO

Bu gün şəhid olan hərbi qulluqçumuz şəhid oğlu imiş - FOTO
SOSİAL
21:32 23.07.2021
5842
Xəbər verdiyimiz kimi, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

AZXEBER.COM xəbər verir ki, bu gün şəhid olan gizirimiz, 1993-cü il təvəllüdlü Yaqublu Fərman Telman oğlunun atası Yaqubov Telman Fərman oğlu da 1994-cü ildə şəhid olub. 

Şəhidimizin fotosunu təqdim edirik:
 

 



OXŞAR XƏBƏRLƏR