Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçuların hücumu nəticəsində şəhid olan leytenant Eril Alperen Əmirin son videosu üzə çıxıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, şəhidin atasının təqaüdçü polis olduğu və hücumdan az əvvəl şəhidin anası ilə telefonla danışdığı öyrənilib.
Digər tərəfdən şəhidin dostlarına göndərdiyi video ortaya çıxıb. Şəhid videoda "Dostlar, mən gəlirəm. Növbə mənə çatsa, komandirə deyin ki, yoldayam",- deyib.
Şəhidin noyabrın 29-da sosial media hesabında "Yenə ölmədim” paylaşımı etdiyi də məlum olub.
Ayşən