Bu gün Şuşada muğam bayramıdır - VİDEO

Bu gün Şuşada muğam bayramıdır - VİDEO
MAQAZİN
16:42 05.08.2022
376
Mədəniyyət paytaxtımız 8-ci "Muğam” Televiziya Müsabiqəsinin finalına ev sahibliyi edir. Bu festival Qarabağın yenidən mədəniyyət mərkəzinə çevrilməsi, incəsənətin, musiqinin vətəninə qayıtmasıdır. 

AZXEBER.COM xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, final gecəsi bu gün, yəni avqustun 5-də, qala-konsert isə avqustun 6-da baş tutacaq.

Xalq artisti Fəxrəddin Dadaşov kanalımıza açıqlamasında bildirdi ki, həmişə bunun arzusunda olmuşam: "Mən bir il yarım bundan əvvəl Bülbülün ev muzeyində olanda belə deyildi, çox dəyişib, çox gözəl təmir olunub. Həmişə arzu etmişəm ki, Şuşamızda belə muğam müsabiqələri keçirilsin. Mən xoşbəxt adamam ki, mənə də nəsib oldu bunu görmək”.
 
Xalq artisti Firuz Əliyev də bildirdi ki, Şuşaya ilk səfəridir: "Mən çox sevinirəm, bu gün çox gözəl gündür. Mən 40 il bundan qabaq Şuşada olmuşdum. İslam Rzayev, Maestro Niyazi ilə Şuşada birlikdə olmuşam. İnandırım sizi ki, sevincimdən ağlamaq istəyirəm. Bu sevinci bizə yaşadan müzəffər ordumuza təşəkkür edirəm. Muğam bizim milli sərvətimizdir. Muğam həmişə inkişafdadır”.

Qeyd edək ki, müsabiqənin finalı Bülbülün ev muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, Mədəniyyət TV və Azərbaycan Radiosu vasitəsilə bu gün saat 16:00-dan etibarən canlı yayımlanacaq. 2 saatlıq muğam ziyafətini AzTV və Mədəniyyət TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, bu gün və sabah saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII "Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
23:16 11.03.2026
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Könül Həmzəyeva saxlanıldı
23:11 11.03.2026
Könül Həmzəyeva saxlanıldı
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
22:25 11.03.2026
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR