Bu gün Şövkət Ələkbərovanın ad günüdür

MƏDƏNİYYƏT
08:27 20.10.2012
1414
Bu gün xalq artisti Şövkət Ələkbərovanın ad günüdür.
Görkəmli sənətkar Şövkət Ələkbərova 20 oktyabr 1922-ci ildə Bakıda anadan olub. A.Zeynallı adına musiqi məktəbində H.Sarabskinin sinfində təhsil alıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Azərbaycanı Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və daha neçə-neçə xarici ölkələrdə təmsil edib. Şövkət Ələkbərovanın repertuarına «Segah», «Qatar», «Şahnaz» kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Şərq xalqlarının mahnıları daxildir.

OXŞAR XƏBƏRLƏR