Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində “İsmayıllı işi” ilə əlaqədar həbs edilən məhbuslara hökm oxunacaq.
Təqsirləndirilənlər sırasında Müsavat başqanının müavini Tofiq Yaqubli və REAL Hərəkatının sədri İlqar Məmmədov da var.
Qeyd edək ki, 5 aydır davam edən məhkəmədə hakimin hökm oxumasından əlavə, bütün işlər yekunlaşıb. Hazırda məhkəmə davam edir. Prosesə jurnalistlər buraxılmayıb.