Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq

Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq
SOSİAL
13:32 22.03.2019
4630
"Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".

Bu barədə AZXEBER.COM-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

O qeyd edib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.

Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.
OXŞAR XƏBƏRLƏR