Bu gün vəzifəyə gətirilən Nadir Qafarzadə bu gün də vəzifədən uzaqlaşdırıldı- QALMAQAL

MAQAZİN
16:28 26.08.2015
11564
Müğənni Nadir Qafarzadənin ona vəzifə verilməsi ilə bağlı açıqlaması təkzib edilib. Belə ki, Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov  açıqlamasında Nadir Qafarzadənin onlara müraciət etdiyini, amma müsbət cavab almadığını bildirib.
Müğənni özü isə susur. Belə ki, baş verənlərlə bağlı müğənninin fikrini öyrənmək cəhdlərimiz boşa çıxıb.
Müğənni Nadir Qafarzadə ilə vəzifə sövdələşməsi olub. Nadirin vəzifəyə gətirilməsi ilə bağlı şifahi razılıq əldə olunsa da, xəbərin mətbuata çıxması qərar dəyişikliyinə səbəb olub.
Qeyd edək ki, Nadir Qafarzadə açıqlama verərək, Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayına direktor təyin olunduğunu, hətta işə də çıxdığını demişdi.
OXŞAR XƏBƏRLƏR