Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başlayır

Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başlayır
SOSİAL
10:05 17.06.2023
205
Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Bu barədə AZXEBER.COM-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.
Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.
OXŞAR XƏBƏRLƏR