Bu günədək parlament seçkilərinə 390-a yaxın namizəd qeydə alınıb

SİYASƏT
10:14 31.07.2024
246
Növbədənkənar parlament seçkilərinə 390-a yaxın namizəd artıq qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 660 nəfər imza vərəqələrini qaytarıb. 1200-dən çox şəxs isə imza vərəqələrini götürüb.

Bildirilib ki, 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

OXŞAR XƏBƏRLƏR