"AZAL təyyarəsinin qəzaya uğramasından bir il keçməsinə baxmayaraq, qəzanın səbəbləri ilə bağlı Qazaxıstan və Rusiyada aparılan istintaqın nəticələri hələ də tam açıqlanmayıb”.
Bunu AZXEBER.COM-a açıqlamasında Milli Məclisinin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, Azərbaycan tərəfinin bu məsələdə prinsipial mövqeyi mövcuddur:
"Azərbaycan tərəfinin bu məsələdə prinsipial mövqeyi mövcuddur. Azərbaycan üçün artıq məlum olan müəyyən həqiqətlər var və istintaq aparılsa da, aparılmasa da, biz həmin həqiqətləri qəbul edirik. Ümid edirik ki, istintaqın nəticələri ədalətli olacaq, dəymiş ziyan artıqlaması ilə ödəniləcək, hadisənin baş verməsində əli olan hər kəs məsuliyyətə cəlb ediləcək və rəsmi şəkildə üzr istəniləcək.
Eyni zamanda, qəza zamanı şəhid olanların ailələrindən üzr istəniləcək və onlara müvafiq təzminat ödəniləcək”.
Deputat vurğulayıb ki, bu hadisə bizim üçün dərs oldu:
"Azərbaycan dövləti faciə nəticəsində zərər görmüş hər bir şəxsə lazımi dəstəyi göstərib. Bu hadisə bizim üçün ciddi bir dərs oldu. Hadisə nəticəsində şəhid olan qəhrəmanlara Allah rəhmət etsin”.
Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında kənar təsirlər nəticəsində qəzaya uğramasından bir il ötür.
Şahanə Ziyad










































