"Bu hadisənin sifarişçiləri cəmiyyətdə xof, qorxu yaratmaq istəyirlər" - Rəşad Məcid

"Bu hadisənin sifarişçiləri cəmiyyətdə xof, qorxu yaratmaq istəyirlər" - Rəşad Məcid
SOSİAL
23:31 28.03.2023
228
"Bu hadisənin sifarişçiləri cəmiyyətdə xof, qorxu yaratmaq istəyirlər".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid millət vəkili Fazil Mustafaya qarşı törədiləri dəhşətli sui-qəsd faktına münasibət bildirərkən deyib: "Millət vəkili, əziz Fazil Mustafaya şəfa arzulayıram. Keçmiş olsun! Bu hadisələrin sifarişçilərinin dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə xof, qorxu yaratmaq istəyi aydın məsələdir.
Bəzilərinin o dəqiqə emosionallıqdan , yaxud qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir.

Yaxın tariximizdə belə hadisələrin olmadığını demək də məlumatsızlığın nəticəsidir; son vaxtlar baş verənlərdən də betər terror hadisələrinin şahidi olmuşuq.

Hamısının da arxasında dövlətimizə təzyiq göstərmək , iradəsini sındırmaq istəyənlərin nəfəsi duyulub.

Necə məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi, birliyimizi qorumalı, dövlətimizin müdafiəsində sıx durmalıyıq.
Tanrı Dövlətimizi qorusun!"
OXŞAR XƏBƏRLƏR