“Bu hakimiyyət üçün insanın dəyəri yoxdur” - Erməni mətbuatı Paşinyanı biabır etdi

“Bu hakimiyyət üçün insanın dəyəri yoxdur” - Erməni mətbuatı Paşinyanı biabır etdi
SOSİAL
17:01 05.11.2020
1604

Ermənistan ordusunun döyüş meydanında üzləşdiyi ağır məğlubiyyətlərə baxmayaraq ölkə rəhbərliyinin hələ də insanları bilə-bilə ölümə göndərməsi ölkədə günü-gündən narazılıqların artmasına səbəb olur.

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ermənistanın "168.am” informasiya portalının yayımladığı son məqalədə ölkə rəhbərliyinin insan həyatına dəyər verməməsi və xalqı bilərəkdən ölümə göndərməsi tənqid olunub.

"Qurbanların sayı rəsmi olaraq 1100 nəfəri ötüb, çox sayda hərbi qulluqçunun taleyi hələ də aydın deyil, cəsədlərin bir hissəsinin artıq Azərbaycanın nəzarətində olan ərazilərdə olduğu güman edilir.

İnsan həyatının bizim üçün ən qiymətli olması həqiqətdir. Müharibədə ölən və yaralananların olacağı da başa düşüləndir və Ermənistan hökumətinin bütün bunların vaxtında qarşısını almaq və faciəyə son qoymaq üçün nə etdiyini hələ heç kim bilmir.

Bir daha təkrar edirik, Ermənistanda ən yüksək dəyər həyatı prioritet olmalıdır. Bununla birlikdə, səlahiyyətlilərin ətalətinin, xarici siyasət korpusunun səriştəsizliyinin cavabını insanlar həyatları bahasına ödəyir. Şübhəsiz ki, hökumət buna görə cavab verəcək.

Bir neçə gün əvvəl Qarabağdakı hadisələrdən danışan Rusiya Prezidenti Vladimir Putin çıxışının bir hissəsini insan həyatına həsr edib. Hətta elə təəssürat yaranmışdı ki, Putin öz ölkəsinin vətəndaşlarının öldürüldüyü ərazidən danışır.

Bu günlərdə Baş nazir Paşinyan zəfər və həyat üçün deyil, nəyin bahasına olursa-olsun, vətən üçün ölüm məntiqi üzərində qurulan mesajlarından başqa insan həyatı ilə bağlı heç bir qeyd eləməyib. 

Bu amansız müharibə nəyi göstərir? Bu hakimiyyət üçün insanın dəyəri yoxdur. Hakimiyyətin ambisiyaları, naməlum qüvvələrin borcları, qeyri-müəyyən siyasi hesablamalar var, hansı ki, Ermənistan xalqına çox baha başa gəlir. Ancaq mövcud hökumət sabah, biri gün, bir həftə və ya bir ay sonra cəza anının gələcəyini anlamalıdır. Ermənistan Respublikasının səlahiyyətliləri cavab verməlidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı