“Bu hal ölkə Prezidentinin qətiyyətini və Azərbaycan polisinin gücünü göstərdi"

“Bu hal ölkə Prezidentinin qətiyyətini və Azərbaycan polisinin  gücünü göstərdi"
Siyasət
22:27 22.08.2020
1299
"Bu hal ölkə Prezidentinin qətiyyətini və Azərbaycan polisinin gücünü göstərdi"

Bu sözləri AZXEBER.COM-a açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyib. 

O açıqlamasında bildirib ki, vəzifəli şəxslər sadə vətəndaşlardan dəfələrlə artıq məsuliyyətli olmalı, qanunlarımıza əməl etməli, cənab Prezident İlham Əliyevin bütün çağırışlarına uyğun davranmalıdırlar: "Qanun hər kəsə şamil olunur! Kimsə qanundan üstün ola biıməz! Bunu hər kəs anlamalı  və qanunlarımıza əməl etməlidir! 

Aylardır koronavirus pandemiyası ilə bağlı insanlarımız nə qədər əziyyət çəkir, dövlətimiz hər gün iqtisadi itkilərlə üzləşir. İnsan ölümləri var. 

Cənab Prezident seçim qarşısında qaldıqda ölkə iqtisadiyyatını deyil, ölkə vətəndaşlarını seçdi və insanlarımızın sağlamlığının onun üçün nə qədər önəmli olduğunu göstərdi. Azərbaycan həkimləri və polisi istirahət etmədən pandemiya ilə ön cəbhədə mübarizə aparır, insanlarımızın sağlamlığı üçün döyüşürdülər və təəssüflər olsun ki, hələ də bu amansız müharibə davam etməkdədir. 

Bu müharibədə doğma vətəndaşlarımızla yanaşı, bir-birindən dəyərli həkimlərimizi, polislərimizi itirdik. Azərbaycan həkimləri günlərdir öz ailələrinin üzlərini belə, görmürdülər, eyni zamanda polislərimiz  necə əziyyətlər çəkdilər. 

Bütün bunların hamısı onların vəzifə borcları olduğu kimi, həm də onların insanlıq borcu və dövlət başcısına olan sədaqətləri idi".

 Ramiz Alıyev deyib ki, vəzifəli şəxslərin qəbul edilmiş qanunlarımızı qəsdən pozmasının bir məqsədi ola bilər, o da insanlarda qıcıq yaratmaq və onların dövlətimizə qarşı yönəlməsinə səbəb olmaq: "Bağında məclis edib karantin qaydalarını pazaraq qanunlarımızı tapdalamağa cəhd edən bu insanlar həmin əraziyə polis əməkdaşlarının daxil olmasına belə, imkan verməyiblər. 

Təşkilatçıların və ora dəvət alan məmurların, deputların şəxsi mühafizəçilərinin bu hərəkətləri  tək polislərimizə qarşı deyil, həmçinin qanunlarımıza da qarşı hörmətsizlikdir.

Azərbaycan polisinin bu gün atmış olduğu belə addım, yəni təşkilatçıların həbs olunması ölkə Prezidentinin qətiyyətini, Azərbaycan polisinin gücünü göstərdi. 

Hər kəs bir daha anladı ki, Azərbaycan polis orqanları ölkə başcısının və dövlətimizin sədaqətlə xidmətində dayanan bir qurumdur və heç bir zaman imkan verməyəcək ki, kimsə özünü qanundan üstün bilsin, ölkə Prezidentinin tapşırığına laqeyd yanaşsın! 

O ki, qaldı kiminsə bu dövlətə olan xidmətlərinə: hər kəs əmin olsun ki, kimin bu dövlətə xidməti olubsa, artıqlaması ilə həm özü, həm də doğmaları qarşılığını  alıbdır. Kiminsə xidməti qarşılıqsız qalmayıb! Biz bu pandemiya dövründə cənab Prezident İlham Əliyevin, hörmətli vitse-prezident Mehriban xanım Əliyevanın və onların ailə üzvlərinin atdığı addımları diqqətlə izləməli və örnək götürməliyik! O addımlar bir nümunədir. 

Ona görə də Azərbaycan xalqının böyük əksəriyyəti  öz liderinin vermiş olduğu tapşırıq və tövsiyələrə əməl edir, dəstəkləyir".


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb