Bu həftə səma hadisələri baxımından mühüm bir dəyişiklik baş verir. 7 iyul tarixindən etibarən Uran Buğa bürcünü tərk edərək Əkizlər bürcünə keçir. Bu keçid həm fərdi, həm də ictimai səviyyədə böyük dönüşümlərin başlanğıcı hesab olunur.
AZXEBER.COM xəbər verir ki, bu barədə astroloq Hande Kazanova öz sosial media hesabında paylaşım edib.
2025–2032-ci illəri əhatə edəcək bu dövr ərzində kommunikasiya, media, nəqliyyat, təhsil və texnologiya sahələrində inqilabi yeniliklər gözlənilir.
Tarixən də Uranın Əkizlər bürcündə hərəkəti zamanı informasiya və rabitə sistemlərində ciddi dəyişikliklər müşahidə olunub. Bu dövrdə rəqəmsal infrastruktur, nəqliyyat texnologiyaları, təhsil modelləri və enerji sistemlərində transformasiya baş verə bilər. Süni intellekt, pilotsuz nəqliyyat vasitələri, alternativ enerji mənbələri kimi sahələrdə əhəmiyyətli inkişaflar ön plana çıxacaq.
Bununla yanaşı, informasiya çirkliliyi, fikir ayrılıqları və ünsiyyət problemləri də arta bilər. Sürətli zehni proseslər, allergiyalar və emosional dalğalanmalar bu dövrə təsir göstərə bilər, sinir sisteminə yük arta bilər.
10 iyulda Oğlaq bürcündə Dolunay: Karyera və iqtisadi planlamada dönüş nöqtəsi olacaq.
10 iyul tarixində baş verəcək Oğlaq bürcündəki Dolunay, xüsusilə iş həyatı, məsuliyyətlər və uzunmüddətli məqsədlərə fokuslanma baxımından əhəmiyyət daşıyır. Bu Dolunay, konkret addımlar atmaq və real nəticələr əldə etmək üçün əlverişli bir dövr yaradır.
Bununla belə, münasibətlərdə soyuq davranışlar və sosial nizamda nəzarət ehtiyacının artması da müşahidə oluna bilər. Dolunay xəritəsi, xüsusilə işləyən təbəqə, səhiyyə sektoru, məlumat və texnologiya sahəsində fəaliyyət göstərən insanlar üçün önəmli işarələr daşıyır.
Dövlətin bəzi sahələrə müdaxiləsi, yeni tənzimləmələr və iqtisadi qərarlar gündəmə gələ bilər. Kənd təsərrüfatı, qida və turizm sahələrində isə nisbətən müsbət inkişaflar gözlənilir".
Oksana