'Bu həftə 'Qarabağ' və 'Neftçi' naminə səfərbər olmalıyıq'

İDMAN
19:35 16.07.2013
1218

“Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə bu həftə baş tutacaq Avropa Liqasının oyunları ilə əlaqədar azarkeşlərə müraciət edib. Abbaszadə şəxsi "facebook" səhifəsində yazıb: 

“Vaxtdır. Səfərbərlik vaxtı. Qarabağ naminə səfərbərliyimiz baş tutacaq. Geci-tezi var. Amma bu həftə “Qarabağ” və “Neftçi” naminə səfərbər olmalıyıq. “Qarabağ”lısı, “Neftçi”lisi, “Xəzər Lənkəran”lısı, “Kəpəz”lisi, “Turan”lısı, “İnter”lisi, “Simurq”lusu, “Bakı”lısı, “Qəbələ”lisi, “Sumqayıt”lısı... Futbol azarkeşi olmayanı belə. Fərq etməz. Qarabağ naminə döyüşdə həmrəy olacağımıza kimsə şübhə etmir. Amma hələlik həmrənglik zamanıdı. 3 rənglilik. Mavi, qırmızı, yaşıl. Odur ki, Azərbaycan naminə hamı stadionlara. Bu həftə “Neftçi” və “Qarabağ”ı, 1 həftə sonra isə “Xəzər Lənkəran” və “İnter”i tək qoymayaq. Avrokuboklarda uğuru sizin dəstəyiniz olmadan qazanmaq mümkün deyil.

OXŞAR XƏBƏRLƏR