Müsahibimiz Filippinin ən qədim döyüş sənətlərindən biri olan PTK sisteminin Türkiyə təmsilçisi Quro Firat Ərdəmdir.
- Pekiti Tirsia Kali (PTK) nədir? Bu döyüş növü haqqında ümumi məlumat verin lütfən.
1897-ci ildə yaradılmış PTK sistemi Filippinin ən qədim döyüş sənətlərindən biridir. Tam adı Pekiti Tırsia Kali olan bu hücum/müdafiə sistemi Filippin Dəniz Donanması tərəfindən rəsmi olaraq qəbul edilmiş yeganə sistemdir. Bu sistemə yalın əl, tək/cüt dəyənək, bıçaq, qılınc və odlu silah tətbiqi daxildir. Odlu silah ehtiva edən yeganə Filipino Martial Arts (FMA= Filippin döyüş sənəti) sistemi olan PTK-nın effektivliyi bütün dünyada ispat olunmuşdur və bir çox FMA sistemlərinin çıxış nöqtəsidir. Bunlara Dog Brothers, Inosanto Kali, Sayoc Kali və Atienza Kali kimi bir çox məktəb daxildir. Bu sistemlərin qurucuları PTK sisteminin başındakı Grand Tuhon Gajenin təlimlərində iştirak etmiş və dərs almışlar.
- Sizin PTK ilə tanışlığınız necə və nə zaman baş verdi?
Türkiyədə PTK təlimləri 2010-cu ildə mənim iştirakımla başladı və davam etməkdədir. Ölkəmizə Filippindən gələn ilk Kali məşqçisi 2011-ci ildə mənim rəhbərliyimdə PTK Türkiyə qrupu vasitəsiylə dəvət edilən PTK Asiya Pasifik vitse-prezidenti Buddy Acenas olmuşdur. Pekiti Tirsia Kali Türkiyə təmsilçisi və baş məşqçisi kimi 2010-cu ildən bəri ABŞ, Kanada və Filippində keçirilən beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etməkdəyim. FMA (Filipino Martial Arts Kali, Arnis və ya Escrima olaraq da tanınır) növündə Filippində dərs almış, Pekiti Tirsia Kali, Kalis İllustrimo, Bahad Zubu və İnosanto Kali sistemlərini yerində və ən səlahiyyətli şəxslərdən öyrənmişəm. Bu sistemlərin arasında PTK-nın Türkiyə təmsilçiliyinə və həmçinin bu sistemin co-practitioner ünvanına sahib olmuş ilk və yeganə məşqçiyəm. Bugünə qədər sistemin tək böyük ustadı GM Tony Diegodan, Bahadzubu sisteminin yaradıcısı Yuli Romonun iki böyük tələbəsi DH John Chan və DH Addie Monrealdan, PTK sistemini Filippində Grand Tuhon Gaje, Tuhon Mel Tortal və Mandala Buddy Acenasdan və hər il qatıldığı beynəlxalq PTK Asiya Pasifik Konfederasiya təlimlərində Dog Brotherslərin qurucusu Philip Gelinas, Tactical Arts qurucusu Tuhon Leslie Buck, Cənubi Salt Lake Polis Departamentində vəzifəli şəxs olan Tuhon Jared Wihongi və Filippinin məşhur təlimçiləri Tuhon Jasper de Ocampo və Tuhon Nonoy Garruchodan dərs almışam. Mən və rəhbərlik ettiyim PTK Türkiyə qrupu hal-hazırda təlimlərini Kanada PTK baş məşqçisi Tuhon Philip Gelinasın rəhbərliyi altında davam etdirməkdədir.
- PTK-nın fərqliliyi nədədir?
Pekiti Tirsia Kali sistemini digər FMA sistemlərindən fərqləndirən ən böyük xüsusiyyəti Təkmilləşdirilmiş Addımlama (Mobilizasiya) və yaxın məsafədə döyüş (Combat at Close Quarters – CQC) texnikasını Odlu Silahlar Prinsipi ilə birləşdirərək bügünə qədər Ənənəvi və Müasir modelləşdirmələr ilə təkmilləşdirilmiş yeganə sistem olmasıdır. Günümüzün hücum və müdafiə dinamikasını düşündükdə sosial bir canlı olan insanın həyat dairəsi çərçivəsində maksimum təhlükəsizlik prinsiplərini qavramağı və həyatda qalmaq üçün xüsusi protokollar yarada bilməsinin ən təsirli yolu PTK prinsiplərindən keçir. ABŞ Baş Hüquq Müdafiə orqanı əməkdaşlarının bütün odlu silah daşıma, istifadə etmə və faydalılıq prinsipləri 1960-cı illərdən sonra GT Leo Gaje ilə paylaşılan PTK təlimləri ilə köklü dəyişikliklərə məruz qalmışdır. Və bügünə qədər bir çox ölkə tərəfindən köçürülüb hüquqi bazaları yaradılaraq ölkə müdafiəsi və fərdi müdafiə prinsipləri adı ilə həyata keçirilərək qorunma altına alınmışdır. Sistemin "Cutting Edge Survival” prinsipi "21 Foot Rule” (6.4 metr qaydası) olaraq dünyaya yayılmışdır.
- Fight Code Konseptində Anatomik-Fiziolojik prinsiplərlə Savaş Sanatlarını Algılamak kimi bir yanaşma var sanki…
Fight Code konseptinin içində Savunma Sanatları, Təməl Şəxsi Təhlükəsizlik Prinsipləri və Fitness təhsili mövcuddur. Fight Code Təliminin Təməl bazasını Uzaq Şərq idman növlərinin əsası olan təməl güvənlik / texnika prinsipləri, CQC (Close Quarter Combat) üsulları, Təməl Anatomiya və Beden Tərbiyəsi Fiziologiyası təşkil etməkdədir.
Anatomiya və Bədən Tərbiyəsi Fiziologiyası ilə döyüş sənətlərinə daha hərtərəfli bir yanaşma imkanı yaranır. Hansı teknikanın nədən və necə icra edildiyini, hansı istiqamətdə effektiv olduğu və funksiyaları etibarı ilə davamlılığını təmin etmək üçün Anatomiya ve Bədən Tərbiyəsi Fiziologiyası, istər bir döyüşçü , istərsə də usta üçün olmazsa olmazdır. Fight Code təlimləri içində təməl və detaylı olacak şəkildə tüm texnikalara anatomiya qavramları və prinsiplər işığında yenidən yanaşılaraq, bədən funksiyalarına qarşı manipulyasiya texnikaları inkişaf etdirilmişdir. Var olan ənənəvi texnikalar yeniden Anatomiya və Bədən Tərbiyəsi Fiziologiyası süzgəcindən geçirilərək işə yararlılığı test edilmiş, təlim metodları, praktik tətbiqə uyğunluq və funksiyonallıq başlıqları altında yenidən yorumlanmış və gəliştirilmişdir.
-Bu qədər üstün özəlliklərə rəğmən PTK sanki dünyada daha az tanınan bir döyüş sənətidir?
Doğrudur, Kali diğer Uzaq Şərq döyüş növlərindən nisbətən daha az tanınır. Lakin son 50 ildə Hollivud filmlərinde PTK geniş istifade edilir. Məsələn böyük maraqla qarşılanan "300 Spartalı” və Brüs Li’nin oynadığı "Ölüm Döyüşü” filmlərində yer alan döyüş səhnələrindəki texnikalar PTK’ye aiddir. Umümən götürdükdə Kali döyüş növü 1200 illik keçmişə sahipdir. Filippinlilər bu döyüşü təmamən əyləncə üçün öyrənirlərmiş. İspaniyalıların Filippini işğalı zamanı qılıncdan çox gözel istifade eden yerli xalq İspaniyalılara böyük telefat vermişdir. Buna görə də İspaniya bu döyüş sənətini qadağan etmişdir. Filippinlilər də Kalidən uzaq qalmamaq üçün musiqi müşayiəti ilə rəqs edərək qılınc istifadə texnikalarını unutmadılar. Kali dərsinə başlanan zaman ilk dərsdə "bir qılınca baxdığınız zaman atalarınızın İspaniyalılara qarşı ölkəmizi necə qoruduqlarını unutmayın" deyə söylənilir.
Bəzı Filippinli Kali ustaları Avropa və Amerika'ya gedərək bu döyüş sənətini oralarda yaymışlar. Kali döyüş sənəti qılınc və sopa olmadan da uyğulana bilən bir müdafiə idmanıdır. Kali döyüş texnikaları CIA və Mossad kimi istihbarat təşkilatlarındakı agentlərə də öyrədilir.
Amerikada Dog Brothers adı altında Kali döyüşü müsabiqələri düzənlənir. Qanunu pozmadan təşkil edilən müsabiqələr böyük bir ilgi ilə izlənir. Son zamanlarda Rusiyada da Kaliye maraq ciddi şəkildə artmaqdadır.
- PTK təməlli Fight Code Azərbaycan toplumu üçün nə kimi fürsətlər sunur?
Sistemin infrastruktru qısa olaraq desək "Daim Hərəkətli və Fasiləsiz” tətbiq olunan, Non-counterability prinsipinə uyğun texnikalardan ibarətdir. PTK istənilən silahın istifadəsinə əsaslanaraq həyatda qalmaq üçün nəzərdə tutulmuş bir sistemdir.
Təkamül prosesi ilə birlikdə silahlardan istifadə (bəzən de silah yaradılması)
yaşamaq üçün əhəmiyyətli bir ehtiyaca çevrilmişdir. Silah və müxtəlif alətlərdən (Weapon/Tool) istifadəni səmərəli şəkildə və fərqlərini izah edərək öyrədir. Zehni hazırlıq, infrastruktur və texniki tətbiqlər həmişə gərəktiyində "Qaydalar və Etika çərçivəsindən kənara çıxaraq” sadəcə həyatda qalmaq üçün nəzərdə tutulmuşdur. Texnikalar Sərt Reallığı əsas alır və qalibiyyət/məğlubiyyət ehtimallarının olduğu bir mühiti və tətbiqləri risk kimi qəbul edərək kökündən rədd edər. Bütün texnikalar zamana qənaət üzrə dizayn edilir, yanlış inkişaf yaxud yanlış hərəkət modeli əmələ gəlməsinə səbəb olan bütün əsas və köməkçi təlimatçıları sistemdən kənar olaraq xarakterizə edir. Optimal Bədən Dinamikası, Koordinasiya, Çeviklik və Partlayıcı Qüvvə artırıcı sistemə xüsusi tətbiqatlar əlavə edərək "Əsas Prinsiplər”i daşıyır. PTK asan tətbiq olunan və öyrənilən quruluşu ilə qadınların da asan mənimsəyəcəyi bir anlayışa sahibdir.
-Azərbaycanda əməkdaşlıqla ilgili təklifiniz varmı?
Təbii ki var. Bunu çox istəyərik. Fight Code – Pekiti Tirsia Kali konsepsiyası üçün təqdimat seminarları, təlimçilər yetişdirmə kursları və nümayəndəliklər qurmaq üçün infrastruktur işlərimizi tamamlamışıq. Maraqlananlarla bir araya gələrək konsepsiyanı yaymaq 2017-18-ci illər üçün nəzərdə tutduğumuz hədəflərimizdən biridir.
Müsahibeni aldı: Emil Hüseyn







