Şəkildə gördüyünüz bu heykəl fotoşop deyil. Bu, heykəltaraş Bruno Katalanonun “İnsanın Görünməz Orqanları” adlı əsəridir.
AZXEBER.COM-un məlumatına görə, heykəlin qeyri-adiliyi onun bəzi hissələrinin olmamasına rəğmən havada qala bilməsidir.
Marseldə inşa edilən bu heykəl 2013-cü ilin sonunadək sərgilənəcək. Heykəltaraş Katalono heykəlin heç bir dayaq olmadan ayaq üstə necə qala bildiyinin sirrini açıqlayıb: “Bu cür heykəlləri hazırlamaq üçün düz 20 ildir işləyirəm. Uşaqlığımda tez-tez köçmək məcburuyyətində qaldığım üçün hər yerdə bir parçam qaldığını düşünürdüm. Bu fikirimi hazırladığım heykəllərdə tətbiq etmək qərarını verdim. Əslində, heykəlin ən böyük dayaq nöqtəsi çantadır. O həm əllə, həm də ayaq ilə bağlı olduğundan heykəlin ayaq üstündə qalmasını təmin edir.”
Fatimə İbrahimova