Bələdiyyə səlahiyyətliləri bu layihə ilə ildə 14 min sterlinq qənaət edə biləcəklərini irəli sürüblər. Krematoryumun bacasından çölə buraxılan istilik 25 metrlik hovuzu isitmək üçün istifadə ediləcək.
Bu üsulun Avropanın bir çox yerində istifadə edildiyini deyən Bələdiyyə Başçısı Karole Qandi məktub yazıb, zəng edənlərin 80-90 %-nin layihəyə dəstək olduğunu deyib.
Qeyd edək ki, Reddiç yaxınlığındakı Varvik Bələdiyyəsi, 15 ildir ölülərin yandırıldığı krematoryumun istiliyini iqamətgahların isidilməsində istifadə edi.