Kosovo ilə Serbiya arasında gərginlik cümə axşamı gecə Kosovo polisindən 200-300 polis əməkdaşının təhlükəsizlik məqsədilə serblərin cəmləşdiyi Mitrovitsaya daxil olması ilə daha da artıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, cümə günü səhər Kosovonun İzvecan qəsəbəsinin Serbovc kəndində təhlükəsizlik qüvvələrinə hücum zamanı bir polis məmuru yaralanib, Serbiya isə bu addımı "işğal" kimi qiymətləndirib.
Kosovo polisindən verilən açıqlamada polisə silahlı şəxslərin uzun lüləli silahlarla hücum etdiyi bildirilib. Bu hadisələr iki ölkə arasında gərginliyi daha da artırıb.
Serbiyanın baş naziri bölgədəki gərginliyi şərh edib. O bildirib ki, Kosovo baş naziri Albin Kurtinin hərəkətləri səbəbindən silahlı qarşıdurma ərəfəsindədirlər.
Aydın