Çin və Hindistan arasında toqquşmalar başlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Himalay dağlarında Çin və Hindistan arasında münaqişə yaranıb.
Məlumata görə, baş verən qarşıdurma nəticəsində hər iki tərəfin hərbçiləri yaralanıb.
Pekin Hindistanın "Cənubi Tibet" adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadrat kilometr əraziyə iddia edir, Yeni Dehli isə Aksay-Çin yaylası da daxil olmaqla 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal edildiyini bildirir. Tərəflər uzun illərdir ki, mübahisələrini həll edə bilmirlər.
Qeyd edək ki, Çin və Hindistan arasındakı qeyri-müəyyən sərhəd xətti ölkələr arasında davamlı münaqişəyə səbəb olur.
Ayşən