Bu il ali məktəbə qəbul olunan ən yaşlı tələbənin 58 yaşı var

Bu il ali məktəbə qəbul olunan ən yaşlı tələbənin 58 yaşı var
SOSİAL
11:08 26.08.2026
120
2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var.

Ən gənc tələbə Gülşən Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı tələbə Elbrus Hüseynov isə subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunub.

OXŞAR XƏBƏRLƏR