Bu il Azərbaycanda 56 əmək yarmarkası keçiriləcək

Bu il Azərbaycanda 56 əmək yarmarkası keçiriləcək
15:48 19.03.2013
823

İşsiz və iş axtaran vətəndaşların iş yerləri ilə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu il də növbəti əmək yarmarkalarının keçirilməsinə başlayıb.

Nazirlikdən verilən məlumata görə, il ərzində ölkənin 57 şəhər və rayonunda əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.Bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq, əmək yarmarkalarında işsiz və iş axtaran vətəndaşların seçiminə təqdim etmək üçün boş iş yerləri (vakansiyalar) barədə məlumatlar toplanır.Qeyd edək ki, ilk yarmarka martın 19-da İsmayıllı rayonunda keçirilib.Həmin əmək yarmarkasında 415 boş iş yeri təqdim olunub və 186 nəfərə boş iş yerlərinə göndəriş verilib, 12 nəfər peşə təlimi kurslarına göndərilmək üçün qeydiyyata alınıb, 15 nəfər işaxtaran haqqı ödənilən ictimai işlərə cəlb edilib.Ötən il ölkənin bütün rayon və şəhərləri üzrə keçirilən əmək yarmarkalarında isə 7 082 nəfər özünə münasib iş yeri əldə edib. //gun.az

OXŞAR XƏBƏRLƏR