Bu il Cəbrayıla köç olacaq - Şəhər mərkəzində 33 yaşayış binası tikilir

Bu il Cəbrayıla köç olacaq - Şəhər mərkəzində 33 yaşayış binası tikilir
SOSİAL
10:38 25.01.2024
125
Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yayıb.

Bildirilib ki, kompleksdə 33 yaşayış binası tikilir.

4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.

Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.
 

OXŞAR XƏBƏRLƏR