Bu il evlənənlərlə boşananların sayı artıb

Bu il evlənənlərlə boşananların sayı artıb
SOSİAL
23:04 15.12.2021
420
Bu ilin yanvar-oktyabr aylarında qeydə alınan nikaha daxilolma və boşanma hallarının sayı açıqlanıb.

AZXEBER.COM açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, cari ilin ilk on ayında ölkədə 46 100 nikaha daxilolma və 14 316 boşanma halları qeydə alınıb.

Belə ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
OXŞAR XƏBƏRLƏR