Bu il Harvarda qəbul olunan yeganə azərbaycanlı bakalavr - Təqaüd də alacaq

Bu il Harvarda qəbul olunan yeganə azərbaycanlı bakalavr - Təqaüd də alacaq
SOSİAL
17:55 06.04.2018
9665
Paytaxt məktəblisi yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.

AZXEBER.COM AzEDU.az-a istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, "Dünya tarixi” və "2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə qazanıb.

İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.

Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvarddan əlavə Amerikanın Kolqeyd, Çexiyanın Çarles universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb.
OXŞAR XƏBƏRLƏR