"Bu il iqtisadi artım olacaq" - İlham Əliyev

"Bu il iqtisadi artım olacaq" - İlham Əliyev
SOSİAL
11:07 16.03.2017
1107
 
"25 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə böyük uğurlar əldə edib”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib. O bildirib ki, hökumət və xalq arasında birlik olanda torpaqlar işğal altında qalsa belə, iqtisadiyyat inkişaf edə bilər: "Azərbaycanda yoxsulluğu son 15 ildə 5 faizə qədər azaltmışıq. Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsindən əziyyət çəkib. Ancaq islahatlarla qısa müddətdə çətinlikləri həll edə bildik. Neft gəlirləri 3-4 dəfə aşağı düşürsə, bu, həyat tərzinə təsir edir. Buna baxmayaraq, çətinliklərin öhdəsindən gəldik. Müəyyən çətinliklər var, ancaq neft qiymətlərinə adaptasiya baş verir. Bu il iqtisadi artım olacaq. Hətta keçən il neft və qaz sahəsini kənara qoysaq, görərik ki, qeyri-neft sektorunda artım var. Son iki ay ərzində qeyri-neft məhsullarının ixracını iki dəfəyə qədər artıra bilmişik. Biz ixracımızı genişləndirməliyik, bizə xarici bazarlar lazımdır. Bunun üçün həmin bazarlara malik ölkələrin rəhbərləri ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq”.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib: "Bu da qarşılıqlı hörmətdən və daxili işlərə qarışmamaqdan irəli gəlib. Əgər qonşu ölkə ilə problem varsa, bu, hər iki tərəfə pis təsir göstərir. Ermənistanı kənara qoysaq, digər qonşularla çox yaxşı münasibətlər qurmuşuq. Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Bu, tək enerji ilə bağlı deyil. Keçən ay Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başlamışıq. Biz siyasətimizi milli maraqlara, reallıqlara əsaslanaraq qurmalıyıq. Avropa İttifaqına münasibətdə də real məqsədlər irəli sürmüşük. Tərəfdaşlarımız da belə yanaşır. Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdansa, strateji tərəfdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdik. Bizim siyasətimiz real vəziyyətə əsaslanır. Bəzi hallarda isə bizim siyasətimiz reallıqları dəyişməyə yönəlib. Bəzən bizim qonşularımız arasında anlaşma itir, bu zaman biz sabitləşdirici rol oynamağa çalışırıq”.
 
Prezident xatırladıb ki, bir müddət əvvəl Bakıda ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargahlarının rəislərinin görüşü keçirilib: "Bu, onların təşəbbüsü idi. Azərbaycanın rolu artıq qiymətləndirilir. Satellit tərəfdaş olmaq uğur gətirməz, Azərbaycanın ətrafında belə tərəfdaşlar var. Onu da qeyd edim ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə iştirak edir, hərbçilərimiz Əfqanıstanda bu mübarizədə iştirak edir. Eyni zamanda, Azərbaycan bu sahədə hərbi yüklərin daşınmasına dəstək verir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq