Bu il məktəblərdə "Son zəng" tədbirləri keçiriləcəkmi? - Nazir açıqladı

Bu il məktəblərdə "Son zəng" tədbirləri keçiriləcəkmi? - Nazir açıqladı
SOSİAL
12:07 13.04.2022
340
Təhsil naziri Emin Əmrullayev bu tədris ilinin sonu üçün məktəblərdə "Son zəng" tədbirlərinin keçirilib-keçirilməməsi barədə danışıb.

AZXEBER.COM-un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə danışmaq tezdir.

O qeyd edib ki, tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var:

"Bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyətə uyğun verir. Lakin müşahidə olunan şərait davam etsə, təbii ki, "Son zəng" tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilməsi istisna edilmir".
OXŞAR XƏBƏRLƏR