Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?
SOSİAL
10:59 04.06.2026
190
2026-cı ilin cari dövrü ərzində adını, soyadını və ata adını dəyişdirənlərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin cari dövrü ərzində 558 nəfər soyadını, adını və ata adını dəyişib.

Səbəb kimi adətən vətəndaşların öz istəyi, nikahdan əvvəlki soyada qayıtmaq arzusu, ər (arvadın) ümumi soyadı daşımaq arzusu, ərizə verəni tərbiyələndirən şəxsin adı ilə ata adı daşımaq arzusu və digər səbəblər göstərilir.

Həmçinin 2026-cı il ərzində 5 kişi nikaha daxil olarkən qadının soyadını qəbul edib.

OXŞAR XƏBƏRLƏR