Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO

Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
SOSİAL
01:17 07.03.2026
762
Ali məktəb və kolleclərə 133 mindən çox abituriyent sənəd verib.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, 120,671 nəfər Azərbaycan bölməsi, 12, 718 nəfər isə Rus bölməsi üzrə müraciət edib.

Bəs bu statistika qəbul imtahanında balların artmasına öz təsirini göstərə bilərmi?

Təhsil eksperti Sevinc Purkeştasib deyir ki, balların yüksəlməsində üç amil ciddi roy oynayır.

Ekspertin sözlərinə görə, mövcud statistika həm də gənclər arasında ali məktəbə olan marağın artmasından da xəbər verir. Bu da eyni zamanda qəbulda balların yüksəlmə ehtimalını artırır.

11-ci siniflər üzrə buraxılış imtahanları müvafiq zonalar üzrə 9 və 15 mart tarixlərində, 9 illik üzrə isə 5/12 və 26 aprel tarixlərində keçiriləcək.
Naxçıvanda 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilərək aprelin 19-da təşkil ediləcək.

OXŞAR XƏBƏRLƏR