"Bu il “Qızıl top”u qazanmaq üçün əla imkanım var" - Mbappe

"Bu il “Qızıl top”u qazanmaq üçün əla imkanım var" - Mbappe
İDMAN
16:44 12.09.2026
84
"Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasını başa vuranadək olan hədəflərində danışıb.

Futbolçu Çempionlar Liqasını qazanmadan və "Qızıl top” mükafatına sahib çıxmadan karyerasını başa vurmasının mümkün olub-olmadığı deyib:

"Bəli. Qələbə meydanda qazanılır. Əlbəttə, "Qızıl top” həm də səsvermədən asılıdır. Amma 10 il sonranı düşünməzdən əvvəl hazırda baş verənlərə baxmaq lazımdır. Bu il "Qızıl top”u qazanmaq üçün əla imkanım var”.

27 yaşlı Mbappe indiyədək Çempionlar Liqasının finalında bir dəfə – 2019/20 mövsümündə çıxış edib.

Fransalı hücumçunun "Qızıl top” səsverməsində ən yaxşı nəticəsi isə 2023-cü ildə tutduğu üçüncü yer olub.

///lent.az///
OXŞAR XƏBƏRLƏR