Bu ilin qışında Ermənistanda qadınlar ilk dəfə hərbi xidmətə çağırılacaq

Bu ilin qışında Ermənistanda qadınlar ilk dəfə hərbi xidmətə çağırılacaq
DÜNYA
19:47 14.09.2023
289
Ermənistan ordusuna könüllü yazılmış qadınlar qışda hərbi xidmətə çağırılacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin sentyabrın 14-də keçirilən iclasında bildirib.

O, çağırışçıların sayını təmin etmək üçün bütün resurslardan istifadə etməyə çağırıb. Məlumata görə, müdafiə naziri Suren Papikyan bildirib ki, qadınları xidmətə götürməyə hazırdırlar. O əlavə edib ki, məktəblərdə görülən işlər nəzərə alınarsa, əsas axının yayda olacağı gözlənilir: "Biz qış çağırışında 18-27 yaş arası qadınları çağırmağa hazırıq”.

N.Paşinyan ona cavabında bildirib ki, çağırışçıları cinsə görə bölməyə ehtiyac yoxdur, onların hamısı əsgər sayılmalıdır. O qeyd edib ki, Müdafiə Nazirliyi qadın taboru üçün daimi fəaliyyət göstərən məntəqənin tikintisini yekunlaşdırır: "Biz başa düşürük ki, bu, Ermənistan üçün tamamilə yeni institutdur”.

Baş nazir qadınların patrul xidmətinə cəlb edilməsində problemlərin olduğunu da xatırladıb. Ona görə də yaxın vaxtlarda vakant vəzifələrə yalnız qadınların təyin olunması barədə qərar qəbul edilib.

Xatırladaq ki, bu il iyunun 26-da Ermənistan parlamenti növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılması sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanuna əsasən, qadınlar üçün icbari xidmət müddəti altı ay olacaq. Bu müddət başa çatdıqdan sonra onlara 2,5 min dolları məbləğində ödəniş ediləcək. Səhhətinə görə vaxtından əvvəl hərbi xidmətdən çıxarıldıqda, bu məbləğ 6 aya bölünəcək. Hərbi qulluqçular xidmət müddətində müəyyən maaş alacaqlar.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı